Abşeronda 50 manata görə xalası oğlunu bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib

Hadisə
  • 01 noyabr, 2018
  • 11:54
Abşeronda 50 manata görə xalası oğlunu bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İlham Qədirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. İ.Qədirovun barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub.

Qeydək ki, hadisə bu ilin yayında Abşeron rayonunda baş verib. İ.Qədirov 50 manat pul üstündə xalası oğlu Xəyyam Babayevi bıçaqlayıb.

44 filmi