Abşeron rayonunda yük avtomobili ilə sərnişin avtobusu toqquşub, xəsarət alanlar var - FOTO

Hadisə
  • 23 mart, 2018
  • 03:35
Abşeron rayonunda yük avtomobili ilə sərnişin avtobusu toqquşub, xəsarət alanlar var - FOTO

Bakı. 23 mart. REPORT.AZ/ Bakının Abşeron rayonunda özəl şirkətlərin birinə məxsus sərnişin avtobusu qəzaya uğrayıb.

"Report"un xəbərinə görə, hadisə Qobu qəsəbəsində baş verib.

Şirkətə məxsus 10-VJ-993 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı sərnişin avtobusu hərəkət edən zaman onun qarşısına "Ford" markalı yük avtomobili çıxıb. Nəqliyyat vasitələrinin toqquşması zamanı avtobusda olan 1975-ci il təvəllüdlü Cahangirova Raifə Gülverdi qızı, 1976-ci il təvəllüdlü Hacıağayeva Şölə Sabir qızı, 1978-ci il təvəllüdlü Sadıqova Səidə Əliyoldaş qızı və 1973-cü il təvəllüdlü Abdıyev Qəhrəman Ağami oğlu müxtəlif bədən xəsarətləri alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib. 

Həkimlərin verdiyi məlumata görə, Q.Abdiyevin vəziyyəti ağırdır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.