“Zirə”nin futbolçusu Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib
Futbol
- 21 aprel, 2025
- 10:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Zirə”nin futbolçusu Məqsəd İsayev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubileyi XXXI turun “Sumqayıt”la ev görüşünə (3:1) təsadüf edib.
M.İsayev Premyer Liqada keçirdiyi 250 oyunda 6 qola imza atıb. O, ölkə çempionatları tarixində 250 və daha çox oyun keçirən 76-cı futbolçudur. Müdafiəçi “Neftçi”də 75, “Şamaxı”da 6 (1 qol), “Sabah”da 39 (1 qol), “Səbail”də 20, “Qəbələ”də 61 (3 qol), “Zirə”də 49 (1 qol) matça çıxıb.
Qeyd edək ki, Məqsəd İsayev Premyer Liqada 2013-cü il noyabrın 30-da keçirilən “Sumqayıt” – “Neftçi” görüşündə (1:2) debüt edib.
Son xəbərlər
10:31
Foto
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib
Komanda
10:21
Ər-Riyada yönələn ballistik raket vurulub
Digər ölkələr
10:16
Azərbaycan güləşçiləri bu gün dünya çempionatında mübarizə aparacaq
Komanda
10:14
Foto
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
Komanda
10:09
Foto
Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
Mədəniyyət siyasəti
10:07
Foto
Anastasiya Lavrina Çində qlobal idarəetmə məsələlərində Azərbaycanın mövqeyini təqdim edib
Xarici siyasət
10:02
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Hadisə
09:52
Bolqarıstanda prezident seçkiləri başlayıb
Digər ölkələr
09:33
FIFA U-15: Azərbaycan millisi bu gün növbəti oyunlarını keçirəcək
Komanda