Zinəddin Zidan Qətər milli komandasına rəhbərlik edə bilər
Futbol
- 01 iyun, 2018
- 11:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 iyun. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan Qətər milli komandasına rəhbərlik edə bilər.
"Report"un məlumatına görə, bu barədə misirli iş adamı Naqib Saviris şəxsi "twitter" hesabından paylaşım edib.
O, qətərlilərin fransalı mütəxəssisə illik 50 milyon avro təklif etdiyini yazıb. Savirisin sözlərinə görə, Zidan komanda ilə 4 illik müqavilə imzalayacaq və millini 2022-ci il dünya çempionatına hazırlayacaq.
Qeyd edək ki, DÇ-2022 Qətərdə keçiriləcək. Naqib Saviris 2012-ci ildə "Forbes" jurnalının siyahısında 3.1 milyard dollar gəlirlə Misirin ən zəngin ikinci insanı olub. O, ölkənin ictimai və siyasi həyatında fəal iştirak edir.
Son xəbərlər
02:28
Tramp ABŞ-nin İrana zərbələrinin bərpasını istisna etməyib
Digər ölkələr
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol
01:06
Video
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Futbol
00:37
"Al-Arabiya": İran ABŞ-yə blokadanın ləğvi müqabilində Hörmüz boğazını açmağı təklif edib
Region
00:14
Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Hadisə
00:04
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət
23:41
"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır
Digər ölkələr
23:26
Foto
Məzahir Pənahov Belqradda Serbiyanın Seçki Komissiyasının sədri ilə görüşüb
Xarici siyasət
23:20
İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub
Digər ölkələr