Zidan Fransa yığmasına rəhbərlik etmək üçün şifahi razılıq verib
Futbol
- 23 mart, 2026
- 17:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa millisinin, "Real" (İspaniya) və "Yuventus"un (İtaliya) sabiq futbolçusu Zinəddin Zidanın yeni iş yeri bəlli olub.
"Report" "Le Parisien"ə istinadən məlumatına görə, 53 yaşlı mütəxəssis Fransa millisinə rəhbərlik etmək üçün şifahi razılıq verib.
Zidanın DÇ-2026-dan sonra baş məşqçi Didye Deşamı əvəzləyəcəyi gözlənilir.
Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo "Le Figaro" nəşrinə verdiyi müsahibədə yeni baş məşqçinin adının artıq məlum olduğunu və tezliklə rəsmi açıqlamanın veriləcəyini təsdiqləyib.
Qeyd edək ki, Zidan 2021-ci ildə "Real"dan ayrıldıqdan sonra işsiz idi və adı uzun müddət idi İngiltərənin "Mançester Yunayted" klubu ilə yanaşı hallanırdı.
Son xəbərlər
19:14
Gəncədə beşaylıq körpə ölüb
Digər
19:11
NDU ilə Şanxay Mühəndislik Elmləri Universiteti arasında ikili diplom və digər əməkdaşlıq imkanları müzakirə olunub
Elm və təhsil
19:03
Zelenski Ukrayna, Rusiya və ABŞ üçtərəfli görüşünün planlarını təsdiqləyib
Xarici siyasət
18:57
Pakistanda avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb
Hadisə
18:48
Ayxan Hacızadə: Qara dənizdə vurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
Xarici siyasət
18:44
Gürcüstan və Qazaxıstan strateji tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə edib
Region
18:44
"Kür"ün kapitanı: "Cavab oyunumuz çətin keçəcək"
Komanda
18:31
Rumıniya pilotsuz texnologiyalar sahəsində Ukrayna ilə əməkdaşlığı gücləndirəcək
Digər ölkələr
18:26
Foto
EHF Avropa Kuboku: "Kür" komandası ilk matçda Bosniya və Herseqovina klubuna məğlub olub
Komanda