"Yuventus"un futbolçusu Ronaldunun məsləhəti ilə klubunu dəyişib
Futbol
- 10 avqust, 2018
- 12:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 avqust. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun futbolçusu Stefano Sturaro karyerasını Portuqaliya təmsilçisi "Sportinq"də davam etdirəcək.
"Report" “Tuttosport”a istinadən xəbər verir ki, bu barədə 25 yaşlı yarımmüdafiəçinin agenti məlumat verib. O, icarə əsasında Portuqaliya komandasının formasını geyinəcək.
Agentin bildirdiyinə görə, Sturaro özünü başqa ölkədə də sınamaq istəyib və “Yuventus”dakı komanda yoldaşı – portuqaliyalı Kriştianu Ronaldunun məsləhətinə güvənərək "Sportinq"ə keçib.
Qeyd edək ki, Sturaro 2014-cü ildən "Yuventus"da çıxış edib. Ronaldu isə “Sportinq”in yetirməsidir.
Son xəbərlər
16:29
İngiltərə Premyer Liqasının üç klubu Morqan Qibbs-Uaytla maraqlanır
Futbol
16:23
İspaniyaya üzən qayıqda 7 miqrant ölüb
Digər ölkələr
16:16
Aİ-nin ehtiyacı: inqilabi islahatlar
Analitika
16:15
Vəli Qasımov: "İstedadlı uşaqların inkişafındakı durğunluğun qarşısı alınmalıdır"
Futbol
16:11
Foto
Ramin Məmmədov Şərurda vətəndaşların müraciətlərini dinləyib
Daxili siyasət
16:08
Aynur Sofiyeva: Azərbaycanda qeyri-ənənəvi sahələrdə qadınların iştirakçılığı ildən-ilə artır
Daxili siyasət
16:06
Hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb
Hadisə
16:01
Estoniyada hakerlər supermarket şəbəkəsinin soyuducularını sıradan çıxarıblar
Digər ölkələr
15:58
"Appcharge" Azərbaycanda vergi uçotuna alınıb
Biznes