"Yuventus" 42 yaşlı Buffonla müqavilə yeniləyir
Futbol
- 11 aprel, 2020
- 09:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon karyerasını başa vurmaq niyyətində deyil.
"Report" "Corriere della Sera"ya istinadən xəbər verir ki, 42 yaşlı qolkiper Turin təmsilçisi ilə cari mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini uzatmağa hazırlaşır.
"Qoca sinyora" Buffonla yanaşı, komandanın müdafiəçisi Corcio Kyellini ilə də yeni sözləşmə imzalamaq niyyətindədir.
Qeyd edək ki, karyerasında bir çox uğura imza atan Canluici Buffon "Yuventus"un heyətində 3 dəfə Çempionlar Liqasında final oynasa da, kubok qazana bilməyib. İtaliya millisinin sabiq üzvü cari mövsüm ümumilikdə 11 oyunda meydana çıxıb.
Son xəbərlər
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr