Yorqos Donis: "Dünya çempionatındakı yolumuz futbolçular üçün yaxşı təcrübə oldu"

Futbol
  • 27 iyun, 2026
  • 08:43
Yorqos Donis: Dünya çempionatındakı yolumuz futbolçular üçün yaxşı təcrübə oldu

Dünya çempionatında keçdiyi yol Səudiyyə Ərəbistanı millisi üçün yaxşı təcrübə olub.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Yorqos Donis Kabo Verdeyə qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis komandasının qol vəziyyətləri yaratmaqda problemlər yaşadığını bildirib:

"Hücumlar qurmaq baxımından çox zəif çıxış etdik. Belə oyunla qələbə qazanmaq mümkün deyil. Bu gün ən böyük problemimiz qol vəziyyətləri yarada bilməməyimiz idi. Hücum xəttimiz istədiyimiz səviyyədə oynamadı.

Bu, istədiyimiz nəticə deyildi. Özümüzə yaxın səviyyədə olan rəqibə qarşı bu cür çıxış narahatlıq doğurur. Bununla belə, dünya çempionatında keçdiyimiz yolumuz futbolçular üçün yaxşı təcrübə oldu və onlara təşəkkür edirəm".

Qeyd edək ki, Kabo Verde - Səudiyyə Ərəbistanı görüşündə hesab açılmayıb - 0:0.

44 filmi