Yoldaşlıq oyunu: İsveç millisi əzmkar qələbə qazanıb
Futbol
- 12 yanvar, 2023
- 19:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan İsveç millisi yoldaşlıq oyunu keçirib.
"Report"un məlumatına görə, Skandinaviya təmsilçisi Portuqaliyadakı təlim-məşq toplanışında İslandiyanı sınağa çəkib. Görüş İsveçin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 30-cu dəqiqədə İslandiya yığmasından Sveydn Qudyonsen açıb. İsveçlilər 85-ci dəqiqədə Elias Anderssonun qolu ilə tarazlığı bərpa ediblər. Son nöqtəni isə əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Yakob Ondreyka qoyub.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə F qrupunda İsveçlə yanaşı, Belçika, Avstriya və Estoniya ilə də mübarizə aparacaq.
Son xəbərlər
19:15
Almaniya Ukraynanın bərpasına daha 100 milyon avro ayırmaq niyyətindədir
Digər ölkələr
19:08
İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb
Energetika
18:59
Foto
Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
Fərdi
18:52
Foto
Müşfiqabadda Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirlikləri ağacəkmə aksiyası keçirib
Ekologiya
18:50
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
Digər ölkələr
18:43
Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb
Hadisə
18:39
Şafkat Mirziyoyev: İlham Əliyevin səyi və Azərbaycan xalqının qəhrəmanlığı Qələbənin mühüm amili oldu
Xarici siyasət
18:39
Foto
Sahibə Qafarova Qazaxıstana səfər edib
Xarici siyasət
18:38
Banqladeşdə aşağı əməkhaqqına etiraz əlaməti olaraq yüzlərlə fabrik bağlanıb
Digər ölkələr