Xayme Romero: "Neftçi"yə qarşı matç çempionluq üçün həlledici olmayacaq"
Futbol
- 10 fevral, 2021
- 06:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bu matç çox önəmlidir. Bizim üçün çətin olacaq. Rəqibin gücünə də bələdik".
Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Xayme Romero "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XV tur matçı barədə danışarkən deyib.
30 yaşlı yarımmüdafiəçi derbi qarşılaşmasının çempionluq yolunda həlledici olmayacağını bildirib: "Hələ qarşıda çox oyunumuz olacaq. Hər iki komanda xallar itirə bilər. Çempionatın taleyi barədə danışmaq tezdir. Bir oyuna görə kimin çempion olacağını düşünmək olmaz. Onu deyə bilərəm ki, bizi qarşıda çətin oyun gözləyir".
Qeyd edək ki, fevralın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 18:30-da başlayacaq.
Son xəbərlər
00:32
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
Digər ölkələr
00:14
Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
Hadisə
23:53
"Axios": ABŞ və İsrail İrana yeni zərbələr planını razılaşdırıb
Digər ölkələr
23:26
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
Digər ölkələr
23:17
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Energetika
23:01
Ərdoğanla Tramp arasında telefon danışığı olub, qlobal proseslər müzakirə edilib
Region
22:47
"LANDAU Lions" FIBA Avropa Kubokunda Türkiyə təmsilçisinə qalib gəlib
Komanda
22:30
Foto
Kriştianu Ronaldunun 2008-ci ildə qazandığı "Qızıl top" mükafatı bütün dövrlərin ən yaxşısı seçilib
Futbol
22:24
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
Digər ölkələr