UEFA Rusiya klubuna qarşı intizam işi açıb
Futbol
- 13 aprel, 2018
- 12:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 aprel. REPORT.AZ/ UEFA Rusiyanın MOİK klubuna qarşı intizam işi açıb.
"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, araşdırma İngiltərə "Arsenal"ına qarşı keçirilmiş Avropa Liqasının 1/4 mərhələsinin cavab oyunu ilə əlaqədar aparılacaq.
İntizam işi reqlamentin 3 bəndi üzrə açılıb. Rusiya təmsilçisinin azarkeşləri sözügedən matçda pirotexniki vasitələrdən istifadə edib, meydana müxtəlif əşyalar atıblar. Fanatlar, həmçinin, tribunanı bloklayıblar. Bu məsələyə mayın 31-də baxılacaq.
Qeyd edək ki, MOİK - "Arsenal" matçı 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Son xəbərlər
09:47
Nikol Paşinyan Brüsselə yollanıb
Region
09:37
Foto
Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib
Din
09:25
"Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə başlayır
Komanda
09:23
Nepalda iki helikopter toqquşub, ölən və yaralanan var
Digər ölkələr
09:08
CEV Çempionlar Liqası: "Turan" III təsnifat mərhələsində ilk oyununa çıxacaq
Komanda
09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.11.2026)
Maliyyə
09:00
UEFA Çempionlar Liqası: IV tura 9 oyunla start veriləcək
Futbol
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.11.2026)
Maliyyə
08:41
Foto
Video
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
Digər ölkələr