UEFA PSV - "Sevilya" oyunu ilə bağlı intizam işi açıb
Futbol
- 24 fevral, 2023
- 19:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Niderlandda PSV və İspaniya "Sevilya"sı arasında keçirilmiş Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundakı insidenti araşdırır.
"Report" “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Eyndhoven təmsilçisinin azarkeşlərindən birinin meydana daxil olaraq qonaq komandanın qapıçısı Marko Dmitroviçə hücum çəkməsi ilə bağlı intizam işi açılıb.
Hadisə görüşün sonlarına yaxın baş verib. Aqressiv fanat qolkiperi vurmaq istəsə də, buna nail ola bilməyib. Çünki serbiyalı oyunçu onu yerə yıxaraq zərərsizləşdirib.
Qeyd edək ki, oyun PSV-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahibləri İspaniyadakı ilk matçda 0:3 hesabı ilə uduzduqlarından, avrokuboklarda mübarizəni dayandırıblar.
Son xəbərlər
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region