UEFA Çempionlar Liqası: "Sabah"ı Norveçdə 200-dək azarkeş dəstəkləyəcək

Futbol
  • 02 noyabr, 2026
  • 10:59
UEFA Çempionlar Liqası: Sabahı Norveçdə 200-dək azarkeş dəstəkləyəcək

"Sabah" komandasını Norveçdə "Vikinq"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.

O, bu gün çarter reysi ilə Stavanger şəhərinə yollanacaqlarını söyləyib:

"Saat 15:00-da Norveçə yollanacağıq. Komandanı 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir. Oyun gününüdək bu say dəyişə bilər. Bizə olunan müraciətlər təxminən 200 civarındadır".

Xatırladaq ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

44 filmi