UEFA Çempionlar Liqası: "Hapoel"in azarkeşləri "Sabah"la oyuna 460 bilet alıb
Futbol
- 24 avqust, 2026
- 15:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Sabah"la cavab matçına çıxacaq "Hapoel" (Beer-Şeva, İsrail) azarkeşləri 460 bilet əldə edib.
Bunu "Report"a açıqlamasında Bakı klubunun mətbuat katibi Elnur Həmidov deyib.
"Artıq 460 bilet alınıb. Hələ ki, başqa müraciətlər yoxdur. Amma bu say oyun saatına kimi dəyişə bilər", - deyə klub rəsmisi vurğulayıb.
Qeyd edək ki, qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə baş tutan ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Son xəbərlər
20:11
"Reuters": 100-dən çox limanın işçiləri silah tədarükünə qarşı çıxacaqlar
İnfrastruktur
20:01
Takaiçi: Yaponiya benzin subsidiyalarını azaldacaq
Digər ölkələr
19:58
Yunanıstanda bərə daşımalarında ciddi fasilələr gözlənilir
Digər ölkələr
19:54
SEPAH: Hörmüzdə vurulan ABŞ dronlarının sayı 68-ə çatıb
Region
19:49
Azərbaycan cüdoçusu Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
Fərdi
19:32
IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib
Region
19:23
AQTA: Ceyranbatanda məktəbdə qida zəhərlənməsi faktı təsdiqini tapmayıb - Yenilənib-2
Hadisə
19:18
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb
Region
19:08
Bülletenlərin 97,3 %-nin sayılmasından sonra Netanyahu seçkilərdə liderliyini qoruyur
Digər ölkələr