UEFA AFFA rəsmisini Çempionlar Liqasının oyununa göndərib
Futbol
- 04 avqust, 2022
- 08:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovu Polşaya ezam edib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, E.Məmmədov Çempionlar Liqasının III təsnifat mərhələsində Polşanın Lodz şəhərindəki “Vladislav Krol” stadionunda keçirilmiş “Dinamo” (Ukrayna) – “Şturm” (Avstriya) oyununu izləyib.
Ona VAR sisteminin tətbiqi ilə bağlı təşkilatı işlərin koordinasiyası həvalə olunub. Kiyev "Dinamo"su həmin matçda Avstriya çempionuna 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindən VAR sisteminin tətbiqinə başlanılıb.
Son xəbərlər
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr