Türkiyə şirkəti “Traktorsazi”nin rəsmi sponsorlarından biri olub

Futbol
  • 27 iyul, 2017
  • 15:38
Türkiyə şirkəti “Traktorsazi”nin rəsmi sponsorlarından biri olub

Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyənin “Atlas” Hava Yolları Təbrizin “Traktorsazi” futbol klubunun rəsmi sponsorlarında biri olub.

“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytında bildirilib.

“Traktorsazi” oyunçularının geyəcəyi yeni formada qurumaqda olan Urmiya gölünə dəstək kampaniyasının loqosu da əks olunub.  

Qeyd edək ki, “Atlas” Türkiyənin aşağı büdcəli aviaşirkətidir.

44 filmi