Türkiyə Kuboku: "Beşiktaş" "Alanyaspor"la, "Fənərbağça" "Konyaspor"la qarşılaşacaq

Futbol
  • 11 mart, 2026
  • 15:50
Türkiyə Kuboku: Beşiktaş Alanyasporla, Fənərbağça Konyasporla qarşılaşacaq

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

"Report" xəbər verir ki, İstanbul təmsilçilərindən "Beşiktaş" bu raundda "Alanyaspor"la üz-üzə gələcək.

"Fənərbağça" "Konyaspor"la, "Qalatasaray" "Gənclərbirliyi" ilə münasibətlərə aydınlıq gətirəcək. "Trabzonspor" isə "Samsunspor"un müqavimətini qırmağa çalışacaq.

"Qalatasaray" - "Gənclərbirliyi" cütünün qalibi növbəti raundda "Samsunspor" - "Trabzonspor" duelinin güclüsü ilə, "Beşiktaş" - "Alanyaspor" görüşündə üstün olacaq tərəf "Konyaspor" - "Fənərbağça" qarşılaşmasının qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, 1/4 final oyunları 21-22-23 apreldə, yarımfinal matçları 12-13-14 mayda, final isə 24 mayda baş tutacaq.

44 filmi