"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq

Futbol
  • 29 iyun, 2025
  • 12:26
Turan Tovuz yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq

"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq.

Klubdan "Report"a verilən məlumata görə, komanda iyulun 1-də "Hünər" təlim-məşq bazasında çalışmalara start verəcək.

Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək qərb təmsilçisi iyulun 6-da Türkiyəyə yola düşəcək.

Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq tovuzlular iyulun 19-dək məşqlərini burada davam etdirəcək.

Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. “Von Resort Abant” otelində məskunlaşacaq bölgə klubunun Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq. Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.

44 filmi