Təbrizin "Traktor" futbol klubunun səhmləri satışa çıxarılır
Futbol
- 17 may, 2024
- 12:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərinin “Traktor” futbol klubunun səhmləri satışa çıxarılır.
“Report” xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, klubun Səhmdarlar Şurasının mayın 17-də keçirilən ümumi iclasında qəbul edilən qərara əsasən, ekspert qiymətləndirməsindən sonra klubun səhmlərinin satış şərtləri açıqlanacaq.
Bildirilib ki, səhmlərin potensial alıcıları bu barədə klubun ofisinə 15 gün ərzində müraciət etməlidirlər. Bundan sonra alıcıya müvafiq məktub göndəriləcək.
Qeyd olunub ki, qəbul edilən qərarla bağlı mayın 18-da Şərqi Azərbaycan əyalətinin başçısına məlumat veriləcək.
Son xəbərlər
19:36
Konqo Demokratik Respublikasının səkkizinci əyalətində Ebola epidemiyası təsdiqlənib
Digər ölkələr
19:12
Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb
Hadisə
18:57
Əraqçi: Təhdidlərə boyun əyməyəcəyik
Region
18:24
Türkiyədə sel nəticəsində ölənlərin sayı altı nəfərə çatıb
Region
18:17
Fransadan sonra İtaliyada da etirazlar iğtişaşlara çevrilib, 200-dək insan saxlanılıb
Digər ölkələr
18:16
Aİ Nümayəndəliyi: Qoy Müstəqilliyin Bərpası Günü Azərbaycana qürur, sevinc, rifah gətirsin
Xarici siyasət
18:00
Foto
Azərbaycan gimnastı Selcan Mahsudova Dünya Kubokunda qızıl medal qazanıb
Fərdi
17:55
Foto
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Milli Məclis
17:43
Foto
Kros qaçışı üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
Fərdi