Talqat Baysufinov: "Bu, Azərbaycan millisi üçün müsbət haldır"
- 04 iyun, 2018
- 12:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 iyun. REPORT.AZ/ “Heç-heçə ədalətli nəticədir. İkinci hissədə qol vurmaq üçün oynadıq. Bu, bizim uşaqların xidmətidir. Qol epizodlarımız olsa da, reallaşdırmaq baxımından daha yaxşısını arzulamaq qalır”.
“Report” "Sports.kz" saytına istinadən xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Qazaxıstan yığmasının baş məşqçisi Talqat Baysufinov Astanada Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçədən sonra söyləyib.
O deyib ki, matça hazırlaşmaq üçün yetərincə vaxtları olmayıb: “Azərbaycan millisinin heyətində Avropa klublarında çıxış edən bir neçə futbolçunun yer alması onlar üçün müsbət haldır. Ancaq, ümumilikdə, Qafqaz futbol məktəbinin güclü olmasını da unutmayın. Nizam-intizamla birlikdə oyun daha da yaxşılaşır”.
Qeyd edək ki, Azərbaycan və Qazaxıstanın əsas yığmaları arasında da yoldaşlıq matçı olacaq. İyunun 5-də “Astana Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.