"Sumqayıt" klubunun rəsmisi: "Ayxan Süleymanlı üçün mövsüm bitib"
Futbol
- 15 sentyabr, 2025
- 16:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sumqayıt"ın futbolçusu, Azərbaycanın U-21 millisinin kapitanı Ayxan Süleymanlı üçün mövsüm bitib.
Bunu "Report"a açıqlamasında Sumqayıt komandasının mətbuat katibi Zaur Xudiyev deyib.
Klub rəsmisi futbolçunun əməliyyat olunacağını söyləyib:
"Ayxanın zədəsi ciddidir. Hazırda millinin həkimləri ilə müzakirələr davam edir. Böyük ehtimalla əməliyyat olunacaq. Daha sonra uzun müddətli reablitasiya dövrünə girəcək. Demək olar ki, Ayxan üçün mövsüm bitib".
Qeyd edək ki, A.Süleymanlı AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun II turunun Bakıda Bolqarıstan yığmasına qarşı keçirilən oyununda (1:1) ciddi zədə alıb. Onun çarpaz bağları cırılıb.
Son xəbərlər
09:46
Azərbaycanın Ermənistana builki ixracının dəyəri 23 milyon dolları keçib
Biznes
09:45
Azərbaycanın xarici ticarət dövriyyəsi 5 %-dən çox artıb
Biznes
09:35
Foto
Bəhruz Əhmədov Laçında hərbçilərlə görüşüb
Hərbi
09:28
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub
İnfrastruktur
09:25
Fransanın daxili işlər naziri istefa verib, Makron onun ərizəsini rədd edib
Digər ölkələr
09:25
Kreml Rusiya, ABŞ və Çin liderlərinin görüşünün mümkünlüyünü təsdiqləyir
Region
09:24
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Digər
09:14
"Dinamo"nun baş məşqçisi İqor Kostyuk vəzifəsindən azad edilib
Futbol
09:11
FHN: Ötən həftə 149 yanğına çıxış olub, 4 nəfərin meyiti tapılıb
Hadisə