Serqey Barbarez: "Bosniya və Herseqovina milisi olaraq tarix yazmağı bacarmadığımız üçün kədərliyəm"

Futbol
  • 02 iyul, 2026
  • 07:07
Serqey Barbarez: Bosniya və Herseqovina milisi olaraq tarix yazmağı bacarmadığımız üçün kədərliyəm

Bosniya və Herseqovina millisinin baş məşqçisi Serqey Barbarez DÇ-2026-da tarix yaza bilmədikləri üçün kədərlidir.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi mundialın 1/16 final mərhələsində ABŞ-yə qarşı keçirilən oyundan sonra deyib.

Mütəxəssis məğlubiyyətin üzücü olduğunu bildirib:

"Məğlub olanda həmişə nəyinsə çatmadığını düşünürsən. Təəssüf ki, oyuna nəzarət etdiyimiz vaxtda öz səhvimizdən, çox əlverişsiz anda qol buraxdıq. İkinci hissədə vəziyyəti dəyişmək üçün əlimizdən gələni etdik. Bu gənc futbolçular tərifə layiqdirlər. Mən onları həqiqətən çox sevirəm. Üz ifadəm hər şeyi deyir. Tarix yazmağı bacarmadığımız üçün kədərliyəm. Amma futbolçularımla qürur duyduğum üçün eyni zamanda xoşbəxtəm. Həyat davam edir və biz də yolumuza davam edəcəyik".

Qeyd edək ki, ABŞ Bosniya və Herseqovina seçməsinə 2:0 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.

44 filmi