Şəki təmsilçisi fanatlara görə cərimələnib, növbəti ev oyunu azarkeşsiz keçiriləcək
Futbol
- 03 aprel, 2025
- 13:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi II Liqada çıxış edən "Sheki City" komandasını cərimələyib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisinin azarkeşləri "Şahdağ Qusar"la matçın 55-ci dəqiqəsində rəqib oyunçulara kənar əşyalar atıblar.
Klub buna görə 80 manat ödəməli olacaq. Fanatlar futbolçuların ünvanına təhqiramiz ifadələr də işlədiblər. Bu hal ikinci dəfə təkrarlandığı üçün "Sheki City" 50 manat ziyana düşüb.
Bundan əlavə, təhlükəsizlik düzgün təmin olunmadığından bölgə təmsilçisi əlavə 400 manat da ödəyəcək. Komandanın növbəti ev oyunu isə azarkeşsiz keçiriləcək.
Son xəbərlər
01:56
Hakan Fidan Marko Rubio ilə regional məsələləri müzakirə edib
Digər ölkələr
01:19
İran rəqibin "bütün gözləntilərini üstələyəcək" hərbi plan hazırladığını açıqlayıb
Digər ölkələr
00:52
UKMTO: İranın Lavan adası yaxınlığında gəmi naməlum mərmi ilə vurulub
Digər ölkələr
00:21
Foto
Video
Tovuzda idarəetmədən çıxan avtomobil kanala aşıb, yaralılar var
Hadisə
00:14
Husilər Ədən hava limanına və prezident sarayına zərbələr endirib
Digər ölkələr
23:56
"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
Futbol
23:50
"The Hill": Şimali Koreya hakerləri "Binance"a hücumun arxasında dayana bilər
Digər ölkələr
23:33
ABŞ diplomatlarını Səudiyyə Ərəbistanından çıxarır
Digər ölkələr
23:20
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
Digər ölkələr