"Səbail"in kapitanının bərpa idmanına başlayacağı vaxt müəyyənləşib
Futbol
- 25 yanvar, 2024
- 08:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Səbail"in kapitanı Ağabala Ramazanov növbəti həftədən bərpa idmanına başlayacaq.
Bu barədə "Report"a Bakı klubunun Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov məlumat verib.
Klub rəsmisi 31 yaşlı hücumçunun Türkiyədə təkrar tibbi müayinədən keçdiyini söyləyib: "Hər şey qaydasındadır. Heç bir problem yoxdur. Klubun həkiminin dediyinə əsasən, gələn həftədən bərpa idmanına başlayacaq".
Qeyd edək ki, Ağabala Ramazanov “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII turunun oyununda ciddi zədə alıb. Forvard görüşün 45-ci dəqiqəsində rəqiblə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyətin müdaxiləsindən sonra futbolçu xəstəxanaya çatdırılıb.
Son xəbərlər
17:50
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Region
17:49
Marta Kos: Bosniya və Herseqovina Aİ inteqrasiyasından daha çox uzaqlaşır
Digər ölkələr
17:42
İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb
Daxili siyasət
17:41
Foto
Azərbaycan Atletika Federasiyası seçim prosesi həyata keçirib
Fərdi
17:39
İSB-nin informasiya sistemi Ehtiyat Mərkəzə köçürülür
Maliyyə
17:38
Belqrad və Bakının qaz stansiyasının inşası layihəsi ictimai müzakirəyə çıxarılıb
Energetika
17:30
Ermənistanda müxalifətçi Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər
Region
17:30
MKA soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib
İnfrastruktur
17:27
Foto
Azərbaycan Estoniya ilə süni intellekt əməkdaşlığının genişləndirilməsini müzakirə edib
İKT