"Səbail"in futbolçusu bir oyunluq cəzalanıb, "Zirə"yə xəbərdarlıq edilib
Futbol
- 03 noyabr, 2022
- 10:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi (İK) "Səbail"in futbolçusu Nihad Qurbanlını bir oyunluq cəzalandırıb.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna 21 yaşlı müdafiəçinin "Kəpəz"lə matçın 40-cı dəqiqəsində rəqibi aşkar qol vurmaqdan məhrum etdiyi üçün qırmızı vərəqə alması səbəb olub.
"Dənizçilər" oyunçuya görə 200 manat ziyana düşüb.
İK "Zirə" klubuna xəbərdarlıq edib. Buna "Neftçi" ilə matçda jurnalistlərin zona 1-də Peşəkar Futbol Liqasının verdiyi akkreditasiyaları üzərlərində görünən şəkildə asmaması səbəb olub.
"Qarabağ" azarkeşləri isə "Şamaxı" ilə səfərdəki görüşdə 12 ədəd plastik oturacağı sıradan çıxarıb. Stadiona dəymiş ziyanı "köhlən atlar" ödəyəcək.
Son xəbərlər
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr
05:41
Qızılın qiyməti 4 100 dolları ötüb
Maliyyə
05:27
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
Digər ölkələr
04:44
Berlin polisi Bavariyanın iqtisadiyyat nazirinin ölümünü təsdiqləyib
Digər ölkələr
04:10
Hakim Cefris ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr
03:54
İsveçrə Rusiyaya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
03:22
Kuşner: Tramp administrasiyası Avropada təhlükəsizlik arxitekturasının yaradılması üzərində işləyir
Digər ölkələr
02:59
"Vikinq"in baş məşqçisi Aarsheym: "Futbolçularım adlarını klubun tarixinə yazdırdılar"
Futbol