"Şamaxı" "Qarabağ"ı məğlub etməklə ölkə kubokunda 60-cı qələbəsini qazanıb
Futbol
- 06 fevral, 2026
- 15:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Şamaxı" ölkə kubokunda 60-cı qələbəsini qazanıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"a qarşı ev matçına təsadüf edib.
Şamaxının eyniadlı klubu 2:1 hesabı ilə qalib gəlib. Əvvəllər "Xəzər Universiteti", "İnter" və "Keşlə" adlarını da daşımış klub 60-cı qələbəsini 115-ci oyununda əldə edib.
"Şamaxı" evdə 34, səfərdə 24, neytral meydanda 2 dəfə qalib gəlib. Bu, yarışın tarixində 4-cü nəticədir. Yalnız "Qarabağ", "Neftçi" və "Kəpəz"in hesabında daha çox qələbə var.
Qeyd edək ki, "Şamaxı" ilk qələbəsini 2001/2002 mövsümündə "Ümid"lə (Bakı) 1/8 finaldakı səfər matçında qazanıb – 3:1.
Son xəbərlər
23:56
WSJ: Tramp seçkilərdən əvvəl Kanadadan gələn mallara tətbiq olunan rüsumların bir hissəsini ləğv edə bilər
Digər ölkələr
23:40
"Generali" sığorta şirkəti Almaniyada 800 iş yerini ixtisar edəcək
Digər ölkələr
23:31
Foto
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Xarici siyasət
23:24
ABŞ-də Hanter Baydenin işi üzrə FTB-nin keçmiş iki yüksək vəzifəli əməkdaşı həbs edilib
Digər ölkələr
23:13
BMT-də Azərbaycanın əlilliklə bağlı dövlət siyasətindən bəhs olunub
Xarici siyasət
22:58
"Nvidia" rəhbəri Qazaxıstanı fiziki süni intellektin qlobal mərkəzinə çevirməyi təklif edib
Digər ölkələr
22:53
Foto
Video
"Qərbi Azərbaycanın yaddaş yerləri": Yalnız soydaşlarımızın yaşadığı Bəriabad kəndi necə erməniləşdirilib?
Daxili siyasət
22:41
Belçikada baş verən fırtınada dörd nəfər xəsarət alıb
Digər ölkələr
22:33
Video
Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb
Ekologiya