"Şamaxı"nın baş məşqçisi 200-cü dəfə meydana komanda çıxarıb
Futbol
- 16 sentyabr, 2024
- 07:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Şamaxı" klubun baş məşqçisi Ayxan Abbasov Azərbaycan çempionatlarında 200-cü dəfə meydana komanda çıxarıb.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis bunu Azərbaycan Premyer Liqasının VI turunda "Sumqayıt"a qarşı oyunda (1:0) reallaşdırıb.
Mütəxəssis karyerası ərzində dörd klubda çalışıb. O, Premyer Liqada “Zirə”ni 44, “Sumqayıt”ı 79, “Turan Tovuz”u 72, “Şamaxı”nı 5 görüşə çıxarıb. Onun komandaları 67 qələbə qazanıb, 55 heç-heçə edib və 78 dəfə uduzub.
Qeyd edək ki, A.Abbasov Azərbaycan çempionatları tarixində 200 və daha çox matça baş məşqçi kimi çıxan 13-cü mütəxəssisdir.
Son xəbərlər
20:28
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
Futbol
20:13
Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib
Digər ölkələr
20:12
G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər
Digər ölkələr
20:12
Brnabiç: Serbiyada prezident seçkiləri dekabrın 27-dək keçirilməlidir
Digər ölkələr
20:02
Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var
Digər ölkələr
20:01
Maliyyə nazirinə yeni müavin təyin olunub
Maliyyə
19:59
Bakı-Xırdalan marşrutu ilə hərəkət edən qatarda gecikmə qeydə alınıb
İnfrastruktur
19:55
Foto
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Region
19:50
"Yəmən şəfəqi" əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib
Digər ölkələr