"Sabah" klubu özbəkistanlı futbolçunun transfer hüququnu əldə edəcək
Futbol
- 03 yanvar, 2026
- 12:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah" klubu müqavilə ilə Rusiya təmsilçisi "Rubin"ə məxsus olan özbəkistanlı futbolçu Umarali Rahmonaliyevin transfer hüququnu əldə edəcək.
"Report" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi hazırda icarə əsasında Bakı klubunda çıxış edir.
U.Rahmonaliyev 2025-ci ildə "Sabah"da 36 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Qeyd edək ki, onun Kazan klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" Rahmonaliyevi 800 min avro dəyərində qiymətləndirir.
Son xəbərlər
10:01
Azərbaycana turist axını 6 % azalıb
Turizm
10:00
Foto
Emin Əmrullayev SABAH proqramının tələbələri ilə görüşüb
Digər
09:59
Azərbaycan nefti cüzi bahalaşıb
Energetika
09:54
Makron hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətlərinin iştirakı ilə müşavirə çağırıb
Digər ölkələr
09:45
Video
FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır
Futbol
09:41
Monteneqroda Berlin Prosesi Liderlər Sammiti keçirilir
Xarici siyasət
09:33
UEFA Konfrans Liqası: II turun oyunları bu gün keçiriləcək
Futbol
09:24
SEPAH Fars körfəzində dörd gəmiyə zərbə endirildiyini bəyan edib
Digər ölkələr
09:17
UEFA Avropa Liqası: "Beşiktaş" İngiltərə, "Yuventus" Fransa klubu ilə qarşılaşacaq
Futbol