“Sabah”dan ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubu ilə müqavilə bağlayıb
Futbol
- 15 avqust, 2023
- 10:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Sabah”dan ayrılan Coy Lens Mikels Səudiyyə Ərəbistanı klubu “Əl-Faysal”la müqavilə bağlayıb.
“Report” xəbər verir ki, bu barədə Harmah təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, almaniyalı futbolçunun imzalanma mərasimində klubun idarə heyətinin sədri Əbdül Məcid bin Əbdüləziz Əl-Aimin iştirak edib. 29 yaşlı hücumçunun müqavilə müddəti barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, 2021-ci ildən “Sabah”da çıxış edən Coy Lens Mikels 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında keçirdiyi 35 oyunda 17 qol vurub.
Son xəbərlər
11:52
Komitə sədri: Effektiv məşğulluğun təmin edilməsi əsas hədəflərdən biridir
Milli Məclis
11:52
Şirinləşdirilmiş mineral və qazlı içki istehsalı aksiz vergisinə cəlb olunacaq
Biznes
11:49
Foto
Azərbaycan komandası Cənubi Qafqaz Vəkillərinin II beynəlxalq futbol turnirinə qatılıb
Futbol
11:48
Azərbaycanda çipsi istehsalçıları aksiz vergisi ödəyəcək
Biznes
11:46
Anar Əliyev: "Gələn il müavinət, təqaüd və kompensasiyalara 2,2 milyard manat xərclənəcək"
Maliyyə
11:44
Məcnun Məmmədov: "Qarabağda torpaqlar 50/50 nisbətində əhaliyə və investorlara paylanır"
ASK
11:44
Anar Əliyev: "Gələn il 173 min işsiz və işaxtaran şəxs işlə təmin olunacaq"
Maliyyə
11:41
Gələn il şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq
Maliyyə
11:41
Bellinqem 23 yaşında Kasilyasın 20 illik rekordunu qırıb
Futbol