Rusiya futbol üzrə Valentin Qranatkin turnirinin qalibi olub

Futbol
  • 21 yanvar, 2017
  • 20:23
Rusiya futbol üzrə Valentin Qranatkin turnirinin qalibi olub

Bakı. 22 yanvar. REPORT.AZ/ Rusiyanın 18 yaşadək futbolçulardan ibarət yığma komandası Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirin finalında Qazaxıstan yığmasını məğlub edib. Görüş 1:0 hesabı ilə başa çatıb.

“Report” xəbər verir ki, oyunda yeganə qolu 27-ci dəqiqədə Nikita Polyakov vurub.

Yarışın bürünc medalını Sankt-Peterburq yığması əldə edib. Komanda üçüncü yer uğrunda görüşdə Yunanıstandan güclü olub (4:2).

44 filmi