Ronaldu Çempionlar Liqasında ən çox meydana çıxan futbolçu olub
Futbol
- 29 sentyabr, 2021
- 20:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu UEFA Çempionlar Liqasında ən çox forma geyinmiş futbolçu ünvanını ələ keçirib.
"Report"un məlumatına görə, portuqaliyalı hücumçu bu uğura evdə İspaniya "Vilyarreal"ına qarşı qrup matçında meydana çıxmaqla nail olub.
36 yaşlı forvard qitənin ən nüfuzlu klub turnirində ümumilikdə 178 oyun keçirib. O, bu göstərici ilə İspaniya millisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyasın rekordunu yeniləyib.
Qeyd edək ki, "Old Trafford" stadionunda gerçəkləşən "Mançester Yunayted" - "Vilyarreal" matçında ikinci hissə oynanılır və meydan sahibləri hesabda geridədir - 0:1.
Son xəbərlər
15:10
Praqa-Buxarest reysi ilə uçan təyyarə Rumıniyanın Otopeni şəhərində məcburi eniş edib
Digər ölkələr
15:08
"Şəki"nin baş məşqçisi Ceyhun Həsənli: "Əsas liqaya daha güclü şəkildə qayıtmaq istəyirik"
Komanda
15:07
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Elm və təhsil
15:06
Zelenski: Ukrayna İspaniya və Almaniyadan yeni yardım paketləri alacaq
Digər ölkələr
14:57
Foto
Azərbaycan Surinamla ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib
Biznes
14:57
Elçin Əmirbəyov və Kestutis Budris ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Xarici siyasət
14:56
Foto
"Herend": iki yüz illik çini sənəti
Biznes
14:40
"Fox News": ABŞ-də 9 noyabr İrana zərbələrin bərpası üçün uğurlu gün hesab edilir
Digər ölkələr
14:36
Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb
Digər ölkələr