"Roma"nın qapıçısı UEFA Avropa Liqasının rekordçusu olub
Futbol
- 12 may, 2023
- 06:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Roma" klubunun qapıçısı Rui Patrisiu UEFA Avropa Liqasının rekordçusu olub.
"Report" xəbər verir ki, Almaniya "Bayer"inə qarşı yarımfinalın ilk matçında iştirak edən 35 yaşlı qolkiper turnirdə ən çox matça çıxan oyunçu adına sahib çıxıb.
Patrisiu Avropa Liqasında 67-ci qarşılaşmasını keçirib. Bu isə futbolçular arasında yeni turnir (2009/2010 mövsümündən bəri) rekorddur. Portuqaliyalı qapıçı Serbiyanın “Srvena Zvezda” komandasının müdafiəçisi Aleksandar Draqoviçi geridə qoyub.
Qeyd edək ki, görüş "Roma"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu mayın 18-də Almaniyada baş tutacaq.
Son xəbərlər
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region