Türkiyə Super Liqasının lideri məşhur futbolçu ilə müqavilə bağlayıb
Futbol
- 05 yanvar, 2019
- 12:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyə Super Liqasının lideri "Başakşehir" "Sivasspor" klubundan məşhur futbolçu Robinyonu transfer edib.
"Report"un məlumatına görə, braziliyalı hücumçu ilə 1,5 illik müqavilə bağlanılıb. Rəsmi imzalama mərasimi kluba məxsus Fatih Terim stadionunda təşkil olunub.
Qeyd edək ki, Robinyo Braziliya yığmasında 114 oyuna 33 qol vurub. 35 yaşlı forvard karyerası ərzində İtaliya "Milan"ı, İngiltərə "Mançester Siti"si və İspaniya "Real Madrid"i kimi məşhur klublarda da forma geyinib. O, ümumilikdə, klub səviyyəsində 464 oyuna 125 qol və 83 məhsuldar ötürmə ilə yadda qalıb. Superliqada 17 turdan sonra "Başakşehir" 35 xalla 1-ci pillədə qərarlaşıb.
Son xəbərlər
18:43
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Xarici siyasət
18:37
Foto
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
Fərdi
18:34
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Xarici siyasət
18:25
Gələn il AÇG-dən gündəlik 316 min bareldən çox neft hasil ediləcəyi gözlənilir
Energetika
18:10
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Xarici siyasət
18:10
Foto
"Bank of Baku" ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Maliyyə
18:07
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Hadisə
18:02
İşğaldan azad edilmiş ərazilərdə özəl sektorun 1 300-dən artıq layihəsi icra olunur
Biznes
17:54
"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb
Futbol