Robert Moreno Cənubi Koreya millisinin müvəqqəti baş məşqçisi təyin olunub
Futbol
- 01 sentyabr, 2026
- 10:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyalı mütəxəssis Robert Moreno Cənubi Koreya millisinin müvəqqəti baş məşqçisi təyin olunub.
"Report" Koreya Futbol Assosiasiyasının (KFA) mətbuat xidmətinə istinadən xəbər verir ki, 48 yaşlı çalışdırıcı ilə noyabrın 27-dək nəzərdə tutulan və növbəti 6 matçı əhatə edən müqavilə imzalanıb.
Sənəddə müddətin uzadılması ilə bağlı bənd də yer alıb. Təyinat xüsusi yaradılmış ekspert komissiyasının keçirdiyi açıq müsabiqənin yekunlarına əsasən gerçəkləşib.
Qeyd edək ki, R.Moreno bu postda DÇ-2026-dakı uğursuz çıxışdan sonra, iyunda istefa verən Hon Myen Bonu əvəzləyib. O, daha əvvəl İspaniya yığmasını (2019) və "Monako"nu (2019–2020) çalışdırıb. Onun son klubu Rusiyada "Soçi" (2023–2025) olub.
Son xəbərlər
22:22
Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
Xarici siyasət
22:10
Foto
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
Xarici siyasət
22:07
Lazar Spasiç: "NTD-yə qarşı matçın ikinci hissəsində yaxşı oynamadıq"
Komanda
22:03
Kütləvi iğtişaşlardan sonra Milana 500 hərbçi göndəriləcək
Digər ölkələr
21:50
Ronaldu bir aylıq diskvalifikasiya edilib və 255 avro cərimələnib
Futbol
21:42
Foto
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
Region
21:38
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İnfrastruktur
21:20
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
Region
21:12
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
Region