Qvardiola: "De Brüynenin mənə qışqırmasından xoşum gəlir"
Futbol
- 20 may, 2023
- 06:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"De Brüyne məşqdə mənə çox qışqırır və bundan xoşum gəlir".
"Report"un məlumatına görə, bunu İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola evdə İspaniya "Real Madrid"inə 4:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu zamanı Kevin De Brüyne ilə arasındakı xoşagəlməz hadisə barədə "Sky Sports"a açıqlamasında deyib.
İspaniyalı mütəxəssis bu hadisənin ilk dəfə baş vermədiyini bildirib: "Siz onun məşqlərdə mənə nə qədər qışqırdığını görməmisiniz. Ümumiyyətlə, aramızdakı bu cür münasibəti xoşlayıram. Bu, bizə enerji verir. Nəticədə Kevin daha yaxşı oynayır".
Qeyd edək ki, Kevin De Brüyne "Real"la qarşılaşmada Xosep Qvardiolanı təhqir edib.
Гвардиоле понравилось, что де Брюйне накричал на него
Pep Guardiola sheds light on Kevin De Bruyne shouting at him in win over Real Madrid
Son xəbərlər
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr