Qrizmann "Atletiko" ilə müqaviləsini uzatmaqdan imtina edib

Futbol
  • 13 mart, 2018
  • 09:07
Qrizmann Atletiko ilə müqaviləsini uzatmaqdan imtina edib

Bakı. 13 mart. REPORT.AZ/ İspaniya "Atletiko"sunun futbolçusu Antuan Qrizmann klubla müqaviləsini uzatmayıb.

"Report"un "Le 10 Sport"a istinadən verdiyi məlumata görə, fransalı hücumçu bu addımı "Barselona"ya keçmək üçün atıb. Onun hazırkı anlaşması 2022-ci ilin yayınadək nəzərdə tutulub. 27 yaşlı forvardın dəbbə pulu isə 100 milyon avrodur.

Qeyd edək ki, daha əvvəl Antuan Qrizmannın həyat yoldaşının Barselona şəhərində ev axtardığına dair xəbərlər yayılıb.