"Qəbələ" - "Qarabağ" matçında insident baş verib - VİDEO
Futbol
- 21 may, 2018
- 16:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 may. REPORT.AZ/ Topaz Premyer Liqasının XXVIII turunda - "Qəbələ" və "Qarabağ" komandaları arasındakı matçda fasilə ərəfəsində insident baş verib.
"Report"un məlumatına görə, nominal meydan sahiblərinin kapitanı Cavid Hüseynov Ağdam komandasının futbolçusu Dani Kintana ilə toqquşub.
Bu zaman Hüseynov Kintananın sifətinə dirsək zərbəsi endirib. Olaya müdaxilə edən "Qarabağ"ın kapitanı Rəşad Sadıqov 30 yaşlı yarımmüdafiəçiyə etiraz edib. Bu zaman "Qəbələ"nin oyunçusu Sadıqovu da qolundan itələyib.
Baş hakim Rəşad Əhmədov isə Hüseynovu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.
Qeyd edək ki, ilk yarıdan sonra "Qarabağ" hesabda öndədir - 1:0.
"Qəbələ" - "Qarabağ" matçında insident baş verib - VİDEO
Son xəbərlər
09:43
Novxanı-Pirşağı yolunda baş verən avtoqəzada 5 nəfər xəsarət alıb
Hadisə
09:42
Cud Bellinqem "Real"da yeni nailiyyətlərə imza atıb
Futbol
09:37
ADB 2030-cu ilə qədər ilk strateji biznes icmalını təsdiqləyib
Maliyyə
09:35
"Kristal Bakı" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
09:27
Foto
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
Fərdi
09:26
Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək
Media
09:25
EBRD Azərbaycandakı riteylerin investisiya proqramını dəstəkləməyi planlaşdırır
Maliyyə
09:15
FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib
Hadisə
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.11.2026)
Maliyyə