Qazaxıstan yığmasının futbolçusu: "Azərbaycan millisi yaxşı komandadır"

Futbol
  • 05 iyun, 2018
  • 16:19
Qazaxıstan yığmasının futbolçusu: Azərbaycan millisi yaxşı komandadır

Bakı. 5 iyun. REPORT.AZ/ "Bu gün azarkeşlər üçün gözəl oyun göstərdik, aqressiv çıxış etdik. Hesab tablodadır".

"Report"un məlumatına görə, bunu Qazaxıstan yığmasının futbolçusu Baxtiyor Zaynutdinov evdə Azərbaycan milli komandasına 3:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra "Sports.kz"ya açıqlamasında deyib. 

Sonuncu qolun müəllifi görüşü belə şərh edib: "İlk yarıda yaxşı oynadıq. Topa nəzarət etdik. Hər şey yaxşı idi. Azərbaycan millisi yaxşı komandadır". 

Qeyd edək ki, Qazaxıstanın digər qollarını Roman Murtazayev və Serikjan Mujikov vurub.