Qazaxıstan klubu tanınmış futbolçu ilə yollarını ayırıb

Futbol
  • 05 noyabr, 2018
  • 11:20
Qazaxıstan klubu tanınmış futbolçu ilə yollarını ayırıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin Qazaxıstanın "Kayrat" klubundan ayrılıb. 

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Klub Premyer Liqanın XXXIII turunda evdə "Şaxtyor"la (Karaqanda) matçda 37 yaşlı hücumçu üçün vida mərasimi təşkil edəcək. 

Təcrübəli forvard cəzalı olduğundan bu qarşılaşmada iştirak edə bilməyəcək. 

Qeyd edək ki, Arşavin bu mövsüm Qazaxıstan çempionatının gümüş medalını qazanıb. Peşəkar karyerasına ölkəsinin "Zenit" klubunda başlayan oyunçu İngiltərə "Arsenal"ının da formasını geyinib.