“Qarabağ” - “Kopenhagen” matçı üçün biletlərin bir qismi oyun günü satışa çıxarılacaq

Futbol
  • 14 avqust, 2017
  • 11:52
“Qarabağ” - “Kopenhagen” matçı üçün biletlərin bir qismi oyun günü satışa çıxarılacaq

Bakı. 14 avqust. REPORT.AZ/ "Qarabağ" və Danimarka "Kopenhagen"i arasında keçiriləcək futbol üzrə Çempionlar Liqasının ilk “pley-off” matçı üçün nəzərdə tutulmuş 1 manatlıq biletlərin satışı növbəli şəkildə davam etdiriləcək.

“Report”un Ağdam təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda satışa çıxarılmayan 5 və 25-ci sektorların biletləri oyun günü – avqustun 15-də saat 17:00-dan etibarən əldə etmək mümkün olacaq. Bunun da səbəbi biletlərin “qara bazar”a ötürülməsinin qarşısını almaqdır.

Qeyd edək ki, avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" qarşılaşması saat 20:00-da başlanacaq.

44 filmi