"Qarabağ" klubu Ukraynaya yola düşüb
Futbol
- 06 noyabr, 2018
- 14:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 noyabr. REPORT.AZ/ "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçında qarşılaşacağı Ukrayna "Vorskla"sı ilə matç üçün Poltavaya yollanıb.
"Report"un məlumatına görə, komanda Heydər Əliyev Beynəlxalq Hava Limanından çarter reysi ilə 18:30-da havaya qalxıb. Təyyarə üç saatlıq uçuşun ardından Poltava hava limanına enəcək.
Noyabrın 7-də "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və "Vorskla"nın baş məşqçisi Vasili Saçko mətbuat konfransı təşkil edəcək.
Qeyd edək ki, noyabrın 8-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
Son xəbərlər
01:16
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
Digər ölkələr
01:08
UEFA Çempionlar Liqası: "Vikinq" - "Sabah" oyununda ikinci hissə başlayıb - Yenilənir-4
Futbol
01:05
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
00:53
"Benfika" FIBA Avropa Kubokunda "LANDAU Lions"a qalib gəlib
Komanda
00:35
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Digər ölkələr
00:09
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır
Digər ölkələr
23:52
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Digər ölkələr
23:31
Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı həyata keçirilib
Sağlamlıq
23:20
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Digər ölkələr