"Qarabağ"ın sabiq futbolçusu: "Qurban Qurbanov gecə klublarına gedən futbolçuları sevmir"

Futbol
  • 02 may, 2018
  • 16:11
Qarabağın sabiq futbolçusu: Qurban Qurbanov gecə klublarına gedən futbolçuları sevmir
Dino Ndlovu

Bakı. 2 may. REPORT.AZ/ "Qarabağ" klubunun sabiq futbolçusu Dino Ndlovu komandanın heyətinə qatmaq istədiyi Xama Billiata məsləhət verib.

"Report"un məlumatına görə, 28 yaşlı hücumçu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun necə mütəxəssis olduğunu izah edib.

"Xama Billiata məsləhətim odur ki, "Qarabağ"a transfer olsa, ancaq futbol barədə düşünməli və sadiq olmalıdır. Baş məşqçi Qurban Qurbanov diktator kimidir (gülür). O, gecə klublarını sevən, belə klublara gedən futbolçuları sevmir. Şəhər haqqında hər şeyi bilir. Çox şeyə nəzarət edir. O, müəyyən vaxtlarda futbolçulara evdə olmasını bildirir və bunu etməyənləri cərimələyir. Qurbanov oyunçuların futbola bağlı olmasını istəyir. Billiat "Qarabağ"a keçərsə, ancaq futbol haqqında fikirləşməlidir", - o deyib.