“Qarabağ”ın rəqibi tarixi rekorda imza atıb
Futbol
- 06 noyabr, 2023
- 08:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya “Bayer 04”ü tarixi rekorda imza atıb.
“Report” xəbər verir ki, Leverkuzen təmsilçisi ilk dəfə ardıcıl 10 oyunda qələbə qazanmaqla öz rekordunu yeniləyib.
Bunun 6-sı Bundesliqa, 3-ü Avropa Liqası, 1-i isə Almaniya Kuboku matçına təsadüf edib. Xabi Alonsonun yetirmələri son məğlubiyyətini 2022/2023 mövsümünün axırıncı turunda “Bohum”dan (0:3) alıblar.
Qeyd edək ki, “Bayer 04” hazırda Bundesliqada 28 xalla, Avropa Liqasının qrupunda isə 9 xalla liderlik edir. Leverkuzenlilər növbəti görüşü noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”a qarşı keçirəcəklər.
Son xəbərlər
22:28
"Bloomberg": Qətər ABŞ-dən mayeləşdirilmiş təbii qaz alışını artırmağı planlaşdırır
Digər ölkələr
22:15
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
Region
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region
21:46
Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
Futbol
21:42
Araxamiya: Oleşkidəki atəşkəs 2022-ci ildən bəri gərginliyin azaldılmasına doğru ən böyük addım olub
Digər ölkələr
21:24
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Digər ölkələr
21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var
Region
21:15
Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Fərdi