"Qarabağ"ın rəqibi Polşa Super Kubokunu qazana bilməyib
Futbol
- 09 iyul, 2022
- 20:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Polşa Super Kubokunun qalibi müəyyənləşib.
"Report"un məlumatına görə, yeni mövsümün ilk titulu uğrunda görüşdə çempion "Lex" və ölkə kubokunun sahibi "Rakuv" komandaları üz-üzə gəlib.
Poznandakı "Miejski" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Bununla da "Rakuv" iki ildən sonra - tarixində ikinci dəfə Superkubok əldə edib.
Qeyd edək ki, "Lex" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibidir. İki komanda arasında Poznanda keçirilmiş ilk görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Cavab matçı iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Son xəbərlər
09:39
Azərbaycan Basketbol Liqasında VI tura bir oyunla start veriləcək
Komanda
09:35
Bakıda yeraltı dayanacaqdan çıxan avtomobil 71 yaşlı qadını vuraraq öldürüb
Hadisə
09:30
Azərbaycan UEFA reytinqində 24-cü pillədəki mövqeyini qoruyub
Futbol
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region