“Qarabağ”ın istədiyi qapıçı Avropa Liqasının iştirak ərizəsindən çıxarılıb
Futbol
- 06 mart, 2023
- 18:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qış fasiləsində “Qarabağ”ın transfer gündəmində olan rusiyalı futbolçu Andrey Lunyov Almaniyanın “Bayer” klubunda UEFA Avropa Liqasının iştirak ərizəsindən çıxarılıb.
“Report” xəbər verir ki, buna səbəb 32 yaşlı qapıçının zədədən əziyyət çəkməsidir.
Yanvarın sonuncu günündə belindən zədə alan Lunyovun nə zaman sağalacağı bəlli olmadığından, Bundesliqa təmsilçisi avrokuboklarda onun xidmətindən yararlanmamaq qərarına gəlib. “Bayer” Avropa Liqasının 1/8 final mərhələsində Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşacaq. Oyunlar martın 9-da və 16-da keçiriləcək.
Qeyd edək ki, Andrey Lunyovun yanvarda “Qarabağ”a transferinin baş tutmamasının səbəblərindən biri qolkiperin tez-tez zədələnməsi olub.
Son xəbərlər
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region