"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibinin əsas futbolçularından biri zədələnib
Futbol
- 27 oktyabr, 2025
- 18:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibi olan İtaliya təmsilçisi "Napoli"nin aparıcı futbolçularından Kevin De Brüyne zədələnib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, A Seriyasının VIII turunda "İnter"lə oyunda (3:1) sıradan çıxıb.
33-cü dəqiqədə penalti zərbəsindən hesabı açan belçikalı yarımmüdafiəçi elə həmin an zədələnib. Onun ən azı 3-4 ay yaşıl meydanlardan kənar qalması gözlənilir.
Qeyd edək ki, 34 yaşlı De Brüyne cari mövsüm "Napoli"nin heyətində 11 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. "Napoli" - "Qarabağ" matçı noyabrın 26-da, saat 00:00-da keçiriləcək.
Son xəbərlər
20:32
Azərbaycan taekvondoçusu Qaşim Maqomedov beynəlxalq turnirdə qızıl medal qazanıb
Fərdi
20:28
İspaniya La Liqasında hakimlər matçlardan sonra qərarlarını şərh edəcəklər
Futbol
20:07
Samir Şərifov: Orta Dəhlizin inkişafı regional inteqrasiyaya töhfə verir
Xarici siyasət
19:59
Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub
Digər ölkələr
19:54
Maksat Mamıtkanov: Bişkeklə Bakı arasında əməkdaşlıq strateji müstəviyə keçib
Xarici siyasət
19:52
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar
Digər ölkələr
19:37
Foto
Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Avropa birinciliyində gümüş medal qazanıb
Fərdi
19:36
Foto
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu
İKT
19:26
Foto
Prokurorluq orqanlarının veteranları təltif ediliblər
Daxili siyasət