"Qarabağ"ın baş məşqçisi avrokuboklarda 28-ci qələbəsini qazanıb
Futbol
- 11 iyul, 2017
- 19:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 iyul. REPORT.AZ / "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov avrokuboklarda 28-ci qələbəsini qazanıb.
"Report"un məlumatına görə, 45 yaşlı mütəxəssis buna Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Gürcüstan təmsilçisi "Samtredia" üzərində 5:0 hesablı qələbə ilə nail olub.
Bu, həm də Qurbanovun avrokuboklarda 65-ci matçı olub. Onun komandası həm də əvvəlki görüşlərin 19-da uduzub, 18-də heç-heçə edib.
Qeyd edək ki, Qurban Qurbanov avrokuboklarda 2007-ci ildə "Neftçi"nin sükanı arxasında Avstriyada "Rid"ə qarşı matçda debüt edib - 1:3. O, "ağ-qaralar"lı 2 dəfə beynəlxalq oyuna çıxarıb. Qalan qarşılaşmalar isə Qurbanovun "Qarabağ"a rəhbərliyi dövründə baş tutub.
Son xəbərlər
01:38
Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq
Energetika
01:21
Aleksandar Vuçiç növbədənkənar parlament seçkilərində məğlub olduqlarını açıqlayıb
Digər ölkələr
01:14
Tramp yaxın aylarda Kanada ilə ticarət sazişinin bağlanmasını mümkün hesab edib
Digər ölkələr
00:51
Yunanıstan "Patriot" kompleksinin Səudiyyə Ərəbistanında yerləşdirilmə müddətini uzadacaq
Digər ölkələr
00:36
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika
00:11
Foto
Serbiyada növbədənkənar parlament seçkiləri başa çatıb - Yenilənib-2
Digər ölkələr
23:57
Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
Digər ölkələr
23:32
Serbiyada Vuçiçin anasına hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Digər ölkələr
23:22
Tramp Alyaskada qaz hasilatı üzrə Rusiya ilə saziş bağlanmasını gözləyir
Digər ölkələr