“Qarabağ” 18 ilin rekorduna imza atıb
Futbol
- 26 yanvar, 2023
- 10:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağ” cari mövsüm Premyer Liqada 50 qol həddinə 19 oyunda çatmaqla son 18 ilin rekorduna imza atıb.
“Report” xəbər verir ki, Ağdam klubu XIX turda “Turan Tovuz” üzərində səfərdə 3:2 hesablı qələbə qazandığı görüşdə buna nail olub.
Ağdamlıların matçda ikinci qolu mövsümdə 50-ci qol olub. Belə məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. 19 qarşılaşmada rəqib qapılarından 51 top keçirən Qurban Qurbanovun yetirmələri 19 il əvvəlki göstəricisini təkrarlayıblar. Bu, klub tarixinin 19 tur üçün rekordudur.
Qeyd edək ki, ölkə çempionatları tarixində ilk 19 görüşdə ən çox qol vuran komanda “Kəpəz”dir. Gəncəlilər 1998/1999 mövsümünün müvafiq hissəsində 66 qola imza atıblar.
Son xəbərlər
09:47
Qırğızıstanda energetik içkilərin istehsalı və idxalı tamamilə qadağan edilə bilər
Region
09:35
"DH Volley" komandası CEV Çelenc Kubokunda cavab oyununa çıxacaq
Futbol
09:29
Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
Energetika
09:24
Foto
Məleykə Abbaszadə V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Elm və təhsil
09:22
UEFA Konfrans Liqasında III turun oyunları keçiriləcək
Futbol
09:18
"Bitcoin" və "Ethereum"un qiymətləri artıb
Maliyyə
09:14
UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq
Futbol
09:12
Foto
ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir
İnfrastruktur
09:10
Yaponiyada mobil rabitənin işində genişmiqyaslı nasazlıq baş verib
İKT