PSJ-nin sabiq futbolçusu vəfat edib
Futbol
- 08 yanvar, 2023
- 05:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kamerun millisinin sabiq yarımmüdafiəçisi Modest M'Bami 40 yaşında vəfat edib.
“Report” xəbər verir ki, bu barədə Fransanın PSJ klubunun mətbuat xidməti məlumat yayıb.
Ölümün səbəbi infarkt olub.
“PSJ keçmiş oyunçumuz Modest M'Baminin bu gün vəfat etməsi xəbərindən dərin kədərlənib. Klub onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - bəyanatda deyilib.
Qeyd edək ki, M'Bami 2003-2006-cı illərdə PSJ-də çıxış edib, komanda ilə iki dəfə Fransa kubokunu qazanıb. O, karyerası ərzində Fransanın “Sedan”, “Le Havre” və “Marsel”, İspaniyanın “Almeriya”, Çinin “Dalian Airbin” və “Çançun Yatay”, Səudiyyə Ərəbistanından “Əl-İttihad” və Kolumbiyanın “Millonarios” klublarında da çıxış edib.
Son xəbərlər
11:16
Yeni Kaledoniya və Fransız Polineziyası komandaları FIFA U-15 dünya çempionatı üçün Bakıya gəliblər
Futbol
11:15
Foto
Ceyhun Bayramov Hindistanın xarici işlər nazirini qarşılayıb
Xarici siyasət
11:12
Cəlilabadın icra başçısına yeni müavin təyin olunub
Daxili siyasət
11:11
Koşta: Aİ Ukraynanın maliyyə ehtiyaclarının əsas hissəsini qarşılamağa hazırdır
Digər ölkələr
11:09
Foto
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Xarici siyasət
11:07
Makron etirazlar fonunda ilk dəfə şagird və polislərlə görüşəcək
Digər ölkələr
11:06
Foto
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
ASK
11:05
ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq texnika verib
Region
11:03
Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək
Milli Məclis