PSJ Li Kan İnlə müqavilənin müddətini uzatmayacaq
Futbol
- 06 iyun, 2026
- 10:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
PSJ rəhbərliyi hücumçu Li Kan İnlə müqavilənin müddətini uzatmayacaq.
"Report" "RMC Sport"a istinadən xəbər verir ki, Paris klubu münasib təklif olacağı təqdirdə, bu yay futbolçunun gedişinə mane olmayacaq.
İspaniyanın "Atletiko" və İngiltərənin "Aston Villa" klublarının hücumçuya maraq göstərdiyi bildirilib. 2023-cü ilin yayından PSJ-də çıxış edən cənubi koreyalı oyunçunun müqaviləsinin müddəti 2027/2028 mövsümünün sonuna qədərdir.
"Transfermarkt" portalı onun dəyərini 28 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Li Kan İn 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 39 matçda 4 qola, 5 məhsuldar ötürməyə imza atıb.
Son xəbərlər
16:53
Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını 30 %-ə yaxın artırıb
Biznes
16:50
BTQ Yeni Kaledoniyanın təbii sərvətlərinin müstəmləkəçi istismarını pisləyib
Xarici siyasət
16:32
Azərbaycanda daha bir sığorta agentinin lisenziyası ləğv edilib
Maliyyə
16:30
CAR-da 200-ə yaxın insan zəncirdə saxlanıldıqları reabilitasiya mərkəzindən xilas ediliblər
Digər ölkələr
16:30
Azərbaycanın İsveçdəki səfiri etimadnaməsini Krala təqdim edib
Xarici siyasət
16:29
Foto
ƏSF ilə Özbəkistanın Əmanətlərə Zəmanət Agentliyi əməkdaşlığa dair memorandum imzalayıb
Maliyyə
16:26
Foto
Azərbaycan Regionlararası Yüksək Səviyyəli Turizm Forumunda təmsil olunub
Turizm
16:20
Zelenski: Ukrayna və Macarıstanın yaxınlaşması hər iki xalq üçün vacibdir
Digər ölkələr
16:16
Foto
Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb
Xarici siyasət